Mənim kouçluğa gedən yolum

Bizim ailəmizdə “Təhsilə və sağlamlığa sərf olunan vəsaitin itməməsi və daha yüksək nəticələr gətirməsi” qızıl qaydalardan olmuşdur.

Mənim valideyinlərim mənim və qardaşlarımın təhsilinə uşaqlıqdan investisiya etmişdir. Böyüdükcə və çalışdıqca mən bu ənənəni davam etdirirdim və aldığım əmək haqqını 10%-ni öz təhsilimə sərf edirdim. Daha sonra müşahidə etdim ki, mən özümü təkmilləşdirdikcə mənim əmək haqqımda artır və müvafiq olaraqda təhsilimə daha çox vəsait sərf etməyə başlayırdim.

Yaşadığım dövr ərzində müxtəlif paradiqmalar barəsində oxuyaraq və təcrübə edərək dünyaya və rastlaşdığım bir çox məsələlərə müxtəlif tərəfdən yanaşmaq təcrübəsini özümdə formalaşdırdım. Daha sonra 2016-cı ildə mən Erickson Kouçinq texnikaları ilə tanış oldum. Bu biliklər mənə qarşılaşdığım müxtəlix məsələlərə öz daxili paradiqmam çərçivəsindən baxmağa imkan yaratdı. Bu mənim üçün həqiqi bir daxili bir transformasiya idi. Mən başa düşdüm ki, mütləq həqiqət deyə bir anlayış yoxdur. Ətrafımda baş verən hər şey öz başlanğıcını məndən götürür. Mən öz düşüncələrim və addımlarımın məsuliyyətini öz üzərimə götürməliyəm. Yalnız bu hallda mən dəyişib inkişaf edə bilərəm.

Daha sonra mən öz missiyamı aşkar etdim – bu daim inkişaf və başqalarına inkişafda dəstək olmaqdır. Əslində mən bunu bütün həyatım boyu etmişəm ancaq ətrafda olan emosional səs-küy mənə öz missiyama fokuslanmağa imkan verməyib. Bu gün mənim həyatımın qalan hissəsi üçün dəqiq müəyyən etdiyim yolum var və bu yolda fokuslu şəkildə davam edəcəyəm. Erickson Kouç bilikləri gələcək inkişafım üçün möhkəm bir fundamentdir və bu istiqamətdə biliklərimi daha da genişləndirəcəyəm və öyrəndiklərimi başqaları ilə bölüşəcəyəm. Bu addımlar həm mənim həm də digərlərinin inkişafı və xoşbəxt yaşamına xidmət edəcəkdir. Xoşbəxliyi tapmaq əslində çox asandır onu kənarda axtarmağa ehtiyyac yoxdur, o hər bir insanın öz içindədir.

Mən Erickson təhsilinə etdiyim investisiyanı həyatımın ən gəlirli investisiyası hesab edirəm.