Kouçinq haqqında

Kouçinq nədir?

Kouçinq birəbir ünsiyyət vasitəsilə insan bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş fəaliyyət sahəsidir. Kouçinq sayəsində insan öz potensialını müəyyən edərək yeni ideya və yaradıcı ideyalar formalaşdıraraq uğura doğru daha inamlı addımlarla irəliləyir.

Erickson kouçinq metodologiyasının 4 əsas prinsipi

Nəticəyə fokusluluq
İnsanı keçniş təcrübələr və bu günkü uğursuzluqların səbəblərini araşdırmaq əvəzinə gələcək hədəflərə yönəlməyə dəstək olmaq.
Sistemlilik
İnsanın daxili təbiətini araşdıraraq sistemli şəkildə müsbət dəyişikliklərin onun daxili təbiətinə inteqrasiyası həyata keçirmək.
Müştəri mərkəzlilik
Hər zaman müştərilərin daxili resursları və bacarıqlarına inanmaq və onların gələcək hədəfləri və planlarına hörmətlə yanaşmaq. Kouçinq məsləhətdən tamamilə azad bir sahədir.
Fəaliyyət yönümlülük
Spesifik, motivasiya verici addımlar sayəsində insanın yeni davranışlarını, vərdişlərinin formalaşdırılır.

Kouçinq nə deyil?

trainer
Məsləhət və təlim

Məsləhətçi hər hansı bir şirkətin ehtiyaclarını, problemlərini müəyyən edir və onlara öz təcrübəsinə əsasən həll yolları təqdim edir. Eyni zamanda təlimçi öz biliklərini qarşı tərəfə ötürərək insanların biliklərinin artırılmasına xidmət edir. Kouç isə insanlara öz həll yollarını formalaşdırmağa dəstək olur, həmçinin müəyyən olunmuş həll yollarının tətbiqi üçün daxili motivasiyanın formalaşmasına çalışır.

mentor-2
Mentorluq

Kouç sözünü eşitdikdə adətən bir çox insanların ağlına futbol və ya digər idman sahələri üzrə təlimçi insanlar gəlir. Bu insanlar adətən hədəfləri müəyyən edir və onlara çatmaq yollarını göstərir. Öyrətmək, düzəliş etmək və idarə etmək bu sahə üçün xarakterikdir. Peşəkar həyat, biznes və idarəçi kouçluğu bunun əksidir. Kouçinqdə hədəfləri insan özü müəyyən edir və bu hədəflərə gedən onun üçün ən doğru yolu özü seçir.

psiquiatria
Psixoloq qəbulu

Psixoloqlardan fərqli olaraq kouçlar bu gün yaşanan problemlərin səbəbi ola biləcək, insanların keçmiş təcrübələri, uşaqlıqda baş vermiş hadisələr fokuslanmır. Bunun əvəzində kouçinq hər bir insanın gələcək hədəflərə fokuslanaraq, nəyi və nə üçün əldə etmək istədikləri və onu necə əldə edəcəklərinə fokuslanmalarına xidmət edir.

Sənin səyahətin

Biz sənin insanların kouçinq edərək onların öz maksimal potensiallarını reallaşdırmağa nail olmaları üçün burdayıq!
Düşünmək

Biz karyeramızda irəliləmək üçün biliklərimizi inkişaf etdiririk. Kouç təlimlərinə başlamazdan öncə özünə sual ver, sən nəyə nail olmaq istəyirsən? Sən daha çox özünə güvən və daha yüksək gəlir əldə etmək istəyirsən? Sən karyeranın ən üst həddinə çatanda sənin gələcəyin necə olacaq? İşindən tam razı olman üçün sənin hansı daxili qorxuları aşman lazımdır? Öz istəklərində nə qədər çox dəqiq olsan o qədər kouçinq daha çox sənin üçün faydalı olacaqdır.

Danışmaq

Bizdə qəbul prosesi bir az fərqlidir. Bizim bütün qəbul mütəxəssislərimiz peşəkar kouçlardır. Onlar da nə vaxtsa sənin vəziyyətində olublar. Onlar sənə güclü suallar verməklə, kouç təlimlərinin sənin öz güvəninin artması və işindən mənuniyyətinin yüksəlməsi üçün necə faydalı ola biləcəyini anlamaqda dəstək olacaqlar.

Təlim

Sənin üçün maksimal çeviklik yaratmaq üçün biz modulat proqramlar yaratmışıq ki, onları həm canlı həmdə internet vasitəsilə online keçməyi mümkün etmişik. Kouçinq Sənəti və Elmi kouçinq təliminin I-IV modulları çərçivəsində siz mükəmməl kouçinq xidmətləri göstərmək üçün gərəkli biliklər və bacarıqları əldə edirsiniz. Praktiki olaraq bu biliklərlə tanışlıq çox mükəmməl bir təcrübədir, onun üçün size kouçinq təlimlərini keçməyə dəvət edirik.

Sertifikatlaşma

Kouçlar dayanmadan öyrənirlər; bu bizim özümüz və müştərilərimiz qarşısında götürdüyümüz bir öhdəlikdir. Hər hansı bilik və profesionallıq səviyyəsinə çatsaqda daha yüksək potensialı görməklə öz inkişafımızda daha yüksəklərə qalxa bilirik. Kouçlar üçün bu yüksəliş nərdivanı ICF sertifikasiyasıdır. Kouçinq təlimlərində Modul V keçməklə biz nəinki sənin kouçinq biliklərini təkmilləşdirib onları ICF standartlarına uyğunlaşdırırıq, həmçinin bu standartları aşmağa da çalışırıq.

Kouçinq barədə daha geniş məlumat almaq və kouç olmaq üçün  Kouçinq Sənəti və Elmi bölümünə daxil olun

Əlaqə məlumatlarını daxil etməklə daha geniş məlumat ala bilərsiniz