Anı yaşamaq…

Düşüncələrimizə və davranışlarımıza nə qədər əhəmiyyət veririk? Nəticədə bizim inkişafımıza maneə olan ətrafımızdakı insanların düşüncələrini necə yanaşırıq? Nə qədər tez-tez bizimlə baş verənlərin günahını başqalarında görürük? Nə qədər tez-tez biz başqalarına ümid bağlayırıq? Hansı tezlikdə biz öz həyatımızda tərəzinin balastı rolunu oynayaraq başqalarına bizim taleyimiz barədə qərar verməsinə icazə veririk? Özümüzə nə qədər tez-tez suallar veririk?

Bir insan üçün ən vacib olan – anı yaşamaqdır. Bu anda olduğun yerdə özünü hiss etməkdir. Bu bacarıq bir ifadədə – “Özünüdərk” adlanır.  Məhz özünüdərk yaşadığın anda mövcud olma imkanı verir.

Yaşanan anda olmaq nə deməkdir? Bu yaşadığınız anda, həmin anı yaşadığınız yerdə olmaq, o anın dadını çıxarmağı bacarmaqdır. Bu həyatının hər anında mövcud olmaq deməkdir. Bu vacib işləri sabaha, birigünə, gələcəyə buraxmadan həyatın həmin anında addım atmaq deməkdir. Özünüdərk bütün istəklərə, düşüncələrə və addımlara hakim olmaq, onları dərk etməyi özündə əks etdirir. Özünü dərk edən insan həyatın hər anından həzz alır. Məhz özünüdərk edərək insan öz ali məqsədlərinə nail ola bilir. Özünüdərk etmək heç də özündən razı olmaq demək deyil əksinə bu halda daxili dünyamız bizim müəllimimizə çevrilir və davranışlarımızı, qərarlarımızı düzgün analiz etməyə imkan verir. Bizim yaşadığımız anda mövcudluğumuz avtomatlaşdırılmış bir proses deyildir. Belə ki, avtomatlaşdırma fizioloji bir prosesdir. Bizim barəsində bəhs etdiyimiz isə mental səviyyədə özünüdərkdir. Bizim yaşadığımız hər anda mövcud olmağımız yaşadığımız hər anı müşahidə etmək, dinləmək, hiss etmək və onlardan nəticə çıxarmağı özündə əks etdirir. Hətta bu müşahidələr nəticəsində gəldiyimiz nəticələr yanlış olsa belə, bu nisbidir çünki bu nəticələr bizim öz doğrularımızdır.  Yanlışlığa yol verməyən insan yoxdur və bu normaldır. Yoxlayaraq və səhvlər edərək biz özümüzü dərk edirik və inkişafa doğru addımlar atırıq. Hər bir qərar hər zaman müəyyən bir əmək sərfiyyatı tələb edir. Yerdə olan daşın altından su keçmir ancaq zamanla davamlı axın daşı cilalayıb öz yoluna davam edir. Özünü dərk edərək yaşamaq keçmişi, artıq yaşanmışları keçmişdə buraxmaqla başlayır. Anı yaşamaq – həyatın bu dəqiqəsində yaşamaq deməkdir. Nələrisə başqalarından gözləmədən öz qərarlarına görə məsuliyyəti öz üzərinə götürmək və onlardan nəticə çıxarmaq deməkdir.  Əgər biz səhvlər etməyə davam ediriksə o zaman həyat bizə o dərsi öyrədənə qədər eyni vəziyyələri yenidən və yenidən biz ondan dərs alana kimi bizim başımıza gətirir.  Özünü dərk etmək eyni zamanda həyatla harmoniyada olmaq deməkdir. Biz özümüz özümüzlə nə qədər az konflikdə olarıqsa həyatımız o qədər daha harmoniyada olmuş olar. Mən demirəm ki, həyat asandır və hər şey mücadiləsiz rahat əldə olunur. Əksinə məhz mücadilə nəticəsində biz harmonik yaşama çata bilərik və bu çətinliklər bizə davamlı olaraq qayıdaraq onlardan mütləq nəticə çıxarmamızı təmin edir. Məsələn, deyək ki, siz bir iş yoldaşınızla küsürsünüz daha sonra barışırsınız. Adi bir haldır, ancaq bu hal təkrar təkrar həyatımızda yaranaraq bizim aqresiyanı öz daxilimizdə tamamilə idarə etməyi öyrənənə kimi davam edir. Bununla da biz neqativ halların həyatımızda yaranmasının qarşısını almış oluruq. Özünüzü dərk edin, həyatınızın hər anını dolğun yaşayın, həmin anda mövcud olun!