İLİN SOUNADƏK BEYNƏLXALQ ERİCKSON UNİVERSİTETİNİN PROQRAMINDA QEYDİYYATDAN KEÇ VƏ 20% ENDİRİM ƏLDƏ ET

Azərbaycan “Kouçinq elmi və sənəti” mövzusunda beynəlxalq sertifikasiya proqramı çərçivəsində professional kouçinq tədrisi təqdim edilən ölkələr sırasına daxil olub. 

Bakıda Beynəlxalq Erickson Kouçinq Universitetinin rəsmi nümayəndəliyi “Erickson Azerbaijan” artıq fəaliyyət göstərir və professional kouçinq tədrisində iştirak üçün qeydiyyat başlayıb. Beynəlxalq kouçinq sertifikasiya proqramının ilk modulu 28 fevral – 03 mart 2019-cu il tarixləri aralığında dörd gün ərzində keçiriləcək. İlkin qeydiyyat edənlər üçün Erickson Azərbaycan tərəfindən unikal bir imkan yaradılıb. Beləki, ilin sonuna qədər proqramda qeydiyyatdan keçib, proqram üçün tam ödəniş edən şəxslərə 20% endirim təqdim ediləcək.

Endirimdən faydalanmaq və Azərbaycanda ilk Erickson kouçinq sertifikasiya proqramında iştirak etmək istəyənlər tələsin, çünki qrupda maksimum 20 nəfərin iştirakı nəzərdə tutulur. Beynəlxalq Erickson Universiteti 1980-ci ildən etibarən dünyanın 85-dən çox ölkəsində 45,000-dən artıq məzunu ilə təmsil olunur. Bu təhsil ocağı bütün dünyada professional kouçların, NLP mütəxəssislərinin və digər sahələr üzrə şəxslərin yetişdirilməsində dünya lideri hesab olunur.

Təlimlər növbəti ilin fevral ayından etibarən rus və türk dillərində keçirilməyə başlayacaq. Azərbaycanda keçirilən təlimlər də dünyanın digər yerlərində olduğu kimi Beynəlxalq Erickson Kouçinq məktəbinin standartlarına uyğun olaraq “Kouçinq elmi və sənəti” proqramı çərçivəsində keçiriləcək. Əgər həmvətənlərimiz daha öncə professional beynəlxaql kouçinq təhsilini almaq üçün xarici ölkələrə getməyə məcbur idilərsə, artıq bu imkan eyni keyfiyyətdə, beynəlxalq təlimçilər tərəfindən Bakıda keçiriləcək. Tədris dörd modullu akkreditasiya olunmuş proqram üzrə həyata keçiriləcək. Tədrisin sonunda iştirakçılar dünyanın əksər aparıcı ölkələrində tanınan beynəlxalq kouç sertifikatı əldə edirlər. Həmçinin, bu sertifikat sayəsində iştirakçılar Beynəlxalq Kouçlar Federasiyasına (ICF) kouçinq sahəsində karyeralarını davam etdirmək üçün də müraciət edə bilərlər. Belə ki, Beynəlxalq Erickson Universiteti ICF tərəfindən akkreditasiya olunmuş universitetlər siyahısındadır.

Bu proqram kouçinq sahəsində tədrisdə aparıcı proqramlardan hesab olunur. XXI əsrin digər ixtisas sahələrində olduğu kimi burada da Beynəlxalq Erickson Universiteti tərəfindən gözlənilən keyfiyyət standartları mövcuddur. Kouçinq təlimi iştirakçıları yeni bir ixtisas, dəyərli biliklər əldə etməklə yanaşı şəxsi inkişaf üçün güclü bir stimul formalaşdırmış olurlar. Tədris prosesi elə qurulub ki, burada öz daxili dünyanıza səyahət edərək özünüzü yenidən kəşf edirsiniz. Öz ali məqsədlərinizi dərk etməyi və onlara doğru gedən yolu daha da sürətli və motivasiyalı getmək üçün alətləri öyrənirsiniz. Bu məhz effektiv həllərə köklənmiş kouçinq təhsili sayəsində mümkündür. Proqramda iştirak edən heç də hər kəs professional kouç olaraq fəaliyyətini davam etdirmir, ancaq qazanılmış biliklər geniş şəkildə professional fəaliyyətdə istifadə edilir.

Həmçinin, müxtəlif şirkətlərin və təşkilatların rəhbərləri özləri və ya menecerlərini bizim proqramlarda iştirak üçün yönləndirə bilərlər. Biz onların daxili potensiallarının kəşf olunub, özlərinə güvənin daha da artırılmasını təmin edərək, effektivliklərini yüksəltmək üçün alətlər təqdim edə bilərik. Şirkətinizin uğuru tam olaraq şəxsi və komandanızın inkişafı istəyinizdən asılıdır.

Beynəxlaq Erickson Kouçinq Universiteti və Bakıda keçiriləcək proqramlar barədə daha ətraflı məlumatları (+994 50) 268 4565 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Eyni zamanda “Erickson Azerbaijan”-nın sosial şəbəkələrdə olan səhifələrini izləməklə şəxsi inkişafınız üçün yeni və faydalı məlumatlar əldə etmək mümkündür.

Gəlin birlikdə özümüzü, dünyamızı, şirkətinizi və ya təşkilatınızı daha da yaxşı edək. Biz bu mövzuda sizə dəstək ola bilərik.