Beynəlxalq Erickson universiteti

1980-ci ildə əsaslanmış Erickson ABŞ-da, Kanadada və dünya üzrə İCF serifikatlaşmış kouç təlimlərini idarə edir. Dünyaca məhşur “Kouçinq sənəti və elmi” proqramı Ericksonunu akkreditə olunmuş kouç təlimlərinin tırkibindədir, bundan əlavə həyat kouçinq kursu, Emosional İntellektin Genişlənməsi, The Art & Science of Mindfulness, Coaching Competencies for Leaders, Neyro-Lingvistik Proqramlaşdırma (NLP) və digərləri.

Geniş kouçlar şəbəkəsi olmaqla və 85 ölkədən çoxunda
45000 məzunla təmsil olunması ilə Erickson qürur duyur!
BİZ NƏ EDİRİK

Bir görüşə yaşamı dəyişirik

BUNU NƏYƏ GÖRƏ EDİRİK

Dünya düşüncəsinə keçid nöqtəsi yaradırıq, hansı ki müsbət dəyişikliklərə və insanların inkişafına səbəb olur.

NECƏ EDİRİK

İnsanın inkişafına yönləndirilmiş həllə, məhz İCF akkreditləşdirmə “Kouçinq sənəti və elmi” proqramına, yeni məzunların və şəxsi inkişafı kursları, eləcədə bizim təşəbbüsümüz World Game əsasən

Bizim komandanın, məzunların və qlobal birliyin əhatə etdiyi amillər:

  • Bütövlük
  • İmkanların genişlənməsi
  • Öyrənmək
  • Xidmət
  • Xöşbəxtlik
  • Çoxluq

Təsisçi Merilin Atkinson-dan

Tarixin müxtəlif dövrlərində, planetin fərqli məkanlarında, müxtəlif vacib sahələr üzrə mühim işlər görən, üstün düşüncələri və bacarıqları ilə seçilən insan və insan qrupları ilə qarşılaşmaq olur. Erickson Coaching International bu cür insanların çalışdığı təkmil təhsil mərkəzlərindəndir. Xaotik zamanlarda, təhsil sistemində liderlik və vizyon bacarıqlarının tədirisi də yer almalıdır. Bu tədris metodu elə alətləri özündə əks etdirməlidir ki, o vizyon və dəyərləri reallaşdırsın və onlar gündəlik problemlərin həllinə fərqli münasibət formalaşdırsın. Buraya ətrafımızda baş verən proseslərə fərqli gözlə baxmağa imkan verən bacarıqların inkişafı təlimləri daxil edilməlidir. Həmçinin, bu proqram fərqli həyat sürmək üçün gərəkli olan cəsarət və çeviklik bacarıqlarını da əhatə etməlidir. Erickson Coaching International tədris modeli, bir insanın özünü təkmilləşdirməsi və çatışmazlıqlarının aradan qaldırılmasına xidmət edən gücləndirici idrak ​​modelləri üzərində qurulmuşdur. Nəticəyə fokuslanan kouç təlimləri bu modellər əsasında vizyonu və metodologiyanı təqdim edir. Bu proqram dinləyicilər və müştərilərin öz kommunikasiya və yaradıcılıq paradiqmalarını sürətli şəkildə dəyişməyə və yaradıcılıq sərhərhədlərini genişləndirməyə ruhlandırır. Bu model, insanın daxili inkişaf potensialına dərin inamı ilə birləşərək, insan davranışları və münasibətlərinin fərdi  detallaşdırılmış xəritəsini formalaşdırır. Bu xəritə sayəsində, fərdin, təşkilatın və qrupların olduqca effektiv inkişaf yolu müəyyən edilir. Erickson tədris kursunun tərkibində hər bir proqram daxili transformasiya və sürətləndirilmiş təhsilə əsaslanır. Dinləyicilər yeni biliklərin idrakı prosesini nəzarətə aldıqda dinamik şəxsi inkişaf və dünyanın inkişafına təkan vermək istəyi formalaşır. Bu istəkdə liderlik bacarığı fundamental nəticədir.

“Bu günədək mövcud olan düşüncə tərzi ilə malik olduğumuz dünyada yaratdığımız problemləri, eyni düşüncə tərzini saxlamaqla, həll edə bilmərik.” – Albert Eynşteyn

 

Daha geniş məlumat əldə etmək üçün aşağıdakı formanı göndərməyinizi xahiş edirəm