Erickson Azerbaijan Mirf2018-in tərəfdaşı oldu

20 Oktyabr 2018-ci ildə keçirilmiş Mirf 2018 – Milli İnsan Resursları forumunun tərəfdaşları sırasında Erickson Azerbaijan da var idi. Ölkənin müxtəlif şirkətlərindən altı yüzdən çox mütəxəssisin iştirak etdiyi forumda bütün spikerlərin çıxışları böyük maraqla qarşılandı. Çıxışçılar sırasında hərm yerli, həmçinin də Türkiyədən dəvət olunmuş spikerlər var idi.

Beynəlxalq Erickson Universitetini tədbirdə Erickson Türkiyənin qurucusu Zerrin Başer öz çıxışı ilə təmsil edirdi. O İdarəçilik sahəsində kouçinqin əhəmiyyəti barəsində iştirakçılara geniş məlumat verdi. Həmçinin, Erickson kouçinq yanaşmasının fərqli və faydalı xüsusiyyətləri barədə auditoriyanı məlumatlandırdı. Eyni zamanda Zerrin xanım artıq profesional kouç təhsilinin artıq Azərbaycanda əldə olunmasının mümkünlüyünü xüsusi vurğuladı.

Tədbir zamanı Erickson Azerbaijan komandası tərəfindən qurulmuş stendə də geniş maraq müşahidə olunurdu. Bir çox iştirakçılar Azərbaycanda keçiriləcək proqramlar barədə geniş məlumat əldə edirdilər.

Qeyd etmək istərdik ki, artıq Erickson Kouçinq təhsilinin alınması üçün türk və rus dillərində keçiriləcək Kouçinq Sənəti və Elmi proqramları üzrə qeydiyyat açıq elan olunur. Profesional kouç təhsilini almaq istəyən həmvətənlərimiz saytımız və ya digər əlaqə vasitələri ilə bizə müraciət edərək qeydiyyatdan keçib qruplarda öz yerlərini tuta bilərlər. Nəzərə almaq lazımdır ki, nəzərdə tutulan iki qrupda hər birində maksimum 15 iştirakçı qəbulu nəzərdə tutulur.