Beynəlxalq Kouçlar Federasiyası

Sənin kouçinq öhdəliyin

Beynəlxalq Kouçlar Federasiyası (ICF) bütün dünyada yüksək standartlar müəyyən etməklə, kouçinq ixtisasının inkişafı, fərdi sertifikasiyaların həyata keçirilməsi və bütün dünya üzrə təlim keçmiş kouçların şəbəkəsini formalaşdıran qlobal təşkilatdır.

ICF sertifikatının əldə olunması sizin kouç öhdəliyinizin mövcud olması, bu sahədə profesional fəaliyyət göstərməyinizi göstərir və bu sahədə tanınırlığınızı artırır. Kouçinq sertifikasiyasının əhəmiyyətli olmasının bir sıra səbəbləri:

  • 84% insan sertifikasiyanı keyfiyyət standartı olaraq qəbul edir
  • Sertifikatlaşmış kouçlar sertifikasiyası olmayanlardan daha yüksək qazanc əldə edirlər
  • Sertifikatlaşmış kouçlarla çalışan insanlar daha yüksək nəticəlilik nümayiş etdirirlər və öz kouçlarını məmnuniyyətlər digərlərinə tövsiyyə edirlər.

Kouç təlimlərinin standartlarını, bacarıqlarını təkmilləşdirməklər ICF əmin olur ki, həyat kouçları, biznes kouçlar və idarəedici kouçları təcrübəlidirlər və kouçinq etikası standartlarına ciddi əməl edirlər. ICF tərəfindən təklif olunan üç növ sertifikasiya imkanı vardır. Onlar barədə məlumatlar aşağıda qeyd olunmuşdur.

Beynəlxalq tanınmaya malik olan Erickson kouç təlimləri Beynəlxalq Kouçlar Federasiyası (ICF) tərəfindən akkreditasiya olunmuş və profesional kouçlar yetişdirən bir proqramdır. ICF sertifikasiyası sizin kouç karyerasının əsas hədəflərindən olduğu üçün biz bu yolu mümkün qədər sadə etmişik.

Akkreditasiya olunmuş Kouç təlim proqramı (ACTP)

Akkreditasiya olunmuş kouç təlim proqramı olaraq, Kouçinq Sənəti və Elmi proqramı ICF-in təhsil və praktika tələblərini qarşılayır və sizi bütün prosesdə müşayət edir.

Qeyd: I-IV Modulları bitirmək ICF-in Akkreditasiya olunmuş Kouç Təlim saatları tələbini həyata keçirir. Modul V bitirməklə Akkreditasiya olunmuş kouç təlim proqramı tələbini yerinə yetirmək mümkündür.

Akkreditasiya olunmuş Kouç Təlim proqramı olmaq üçün Erickson çoxşaxəli akkreditasiya prosesindən keçmişdir. Akkreditasiya olunmuş proqramlar mütəmadi olaraq kurikulum keyfiyyəti, əsas kompetensiyalar, fakultə, struktur, profesionallıq və etik baxımlardan nəzərdən keçirilir.

ICF tərəfindən tanınan xüsusiyyətlər

ICF Assosiativ Kouç Sertifikatı (ACC)

Kouçinq Sənəti və Elmi proqramının dörd modulunu bitirdikdən sonra bu səviyyə üçün siz ICF tərəfindən tələb olunan 6 xüsusiyyətdən 4-nə cavab vermiş olacaqsınız. Qalanlar isə aşağıdakılardır:

  • Ən az 8 nəfərlə 100 saat kouç sessiyasının (Bunlardan ən az 75 saatı ödəniş əsaslı olmalıdır) qeydiyyatı, Log 100 coaching hours (at least 75 hours must be with paying clients) with a minimum of 8 clients. Bu saatlardan ən az 25-i sertifikasiya üçün müraciət etməmişdən öncəki 18 aya aid olmalıdır.

ICF üzvlüyünü əldə et

ICF Profesional Kouç Sertifikatı (PCC)

Kouçinq Sənəti və Elmi proqramının modullarını bitirdikdən və Assosiativ Kouç Sertifikatını aldıqdan sonra Profesional Kouç Sertifikatı əldə etməyə sizin aşağıdakı addımlarınız qalır:

  • Minimum 25 müştəri ilə, 500 kouç sessiyası (minimum 450 saat ödənişli müştərilərlə olmalıdır) saatını qeydiyyata almaq. Bu saatlardan ən az 50-si müraciət tarixindən əvvəlki 18 ay ərzində keçirilmiş olmalıdır.

ICF üzvlüyünü əldə et

ICF Master Sertifikatlaşmış Kouç (MCC)

ICF Master Kouç sertifikatını əldə etmək üçün ekspert kouçluğa gedən yolda aşağıdakı addımları da atmalıdırlar:

  • Minimum 35 müştəri ilə 2500 kouçinq saatını (bunlardan ən az 2250-si ödənişli müştərilər olmalıdır) həyata keçirmək
  • 10 saatlıq Mentor Kouçluğu saatını tamamlamaq
  • Performansın dəyərləndirilməsi (İki audio səs yazısı və danışıqların yazılı transkripti)
  • Kouç biliklərinin dəyərləndirilməsini bitirmək (CKA) – ACC və PCC müraciət edərkən keçilməyibsə
  • ICF üzvlük haqqının ödənişi

ICF sertifikasiyasının əldə olunması sizin tanınarlığınızı artıraraq bu sahədə Sizin bilik potensialınızı göstərir. Siz insanların gözündə bacarıqlı və profesional bir kouç olaraq görünməyə başlayırsınız. Bu onu göstərir ki, siz yüksək kouç etikasına və kouçinq sahəsində dərin biliklərə maliksiniz. Kouç sertifikasiyası həmçinin sizin bir bütün olaraq kouçinq profesiyasına həm local həm də beynəlxalq səviyyədə bağlılığınızı nümayiş etdirir.

Kouçinq barədə daha geniş məlumatı Kouçinq Sənəti və Elmi proqramında iştirak etməklə əldə edə bilərsiniz.

Ətraflı məlumat əldə etmək üçün aşağıdakı formaya öz kontaktlarınızı daxil edin