Kouçinq Sənəti və Elmi

Kouçinq Sənəti və Elmi Beynəlxalq Kouçlar Federasiyası (ICF) tərəfindən akkreditasiya olunmuş kouç təlim proqramıdır (ACTP). İstər professional həyat və ya biznes kouç olmaq istəyənlər, istərsədə Nəticəyə fokuslu kouçinq biliklərini əldə etməklə öz peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən menecer və liderlər üçün tam uyğundur. Bu proqram sayəsində siz təkmil təlim və kouçinq alətləri əldə edəcəksiniz.

Kouçinq Sənəti və Elmi keçməklə siz nəticəyə fokuslanmış kouçinq sahəsində öz inkişafınız üçün əsaslı bir bünövrə formalaşdırmış olacaqsınız. İnsanlara öz daxili potensiallarını müəyyən edərək daha böyük hədəflərə doğru daha inamlı addımlamaq üçün alətləri kəşf edin. İnsanın daxili dəyişiminə səbəb olan əsas faktorlar barədə məlumatlanıb, müsbət düşüncələr formalaşdırmaq üçün yüksək effektiv kouçinq metodologiyasını öyrənin.

Kouçinq Sənəti və Elmi – Proqramın gündəliyi

Kouçinq Sənəti və Elmi proqramının birinci modulunda öyrənəcəksiniz:

  • Kouçinqi bir sənət olaraq necə təsvir etmə yolları
  • Güclü kouç mövqeyini necə yaradıb, bu mövqeni qorumaq olar
  • İnam və təhlükəsiz auranın formalaşdırılması üçün hansı strategiyalar mövcuddur və onları necə istifadə etmək olar.
  • Effektiv kouç sessiyası müqaviləsini  (kouçinq razılaşması) necə bağlamaq olar
  • Güclü suallar texnikalarından istifadə edərək insanları nəticə yönümlü addımları atmağa motivasiya etmək olar

Canlı təlimlərin vaxtı: Modul I dörd gün davam edir və hər gün saat 10:00 – 18:00 aralığında həyata keçirilir.

    • Müştərilərə öz fəaliyyət planlarını formalaşdırmaq və onun strukturlaşdımaq üçün dəstək olan  strategiyaların araşdırılması
    • İnsanların dedikləri sözlərin ötəsində olanları eşitmək üçün dərindən dinləmə texnikaları
    • Beynin daha da təkmil çalışması üçün vizualizasiya texnikaları
    • Effektiv kommunikasiyalarda səs tənu və danışıq tərzinin rolu və istifadə texnikaları
    • Müştəriləri öz güvənlərinin artması və yani bacarıqlarının formalaşdırılmasına ruhlandırmaq

    Canlı təlimlərin vaxtı: Modul II dörd gün davam edir və hər gün saat 10:00 – 18:00 aralığında həyata keçirilir.

    • Kouçinq çalışmaları sayəsində müştərinin effektiv prioritetləri müəyyən etmə bacarıqlarının inkişaf etdirilməsi və müəyyən etdiyi prioritet addımları atması öyrədilir
    • Müştərilərin uzunmüddətli perspektivdə istədikləri bacarıqlar qrupunun formalaşdırılmasında gərəkli olan proseslərin istifadəsi
    • Utilize effective language to challenge clients beyond self-imposed obstacles
    • Məhsuldarlıqda yaranmış çətinliklərin aşılması üçün istifadə olunan fərqli alətlər
    • İnsanlara xüsusi çalışmalarla dərin biliklər öyrənmələrini təlimatlandırmaq

    Canlı təlimlərin vaxtı: Modul III dörd gün davam edir və hər gün saat 10:00 – 18:00 aralığında həyata keçirilir.

  • Müştəriləri onalrın iş planlarının cəlb etmək və öz proqreslərin dərk etmək üçün müəyyən üsullardan istifadə etmək
  • Müştərinin motivasiya edilmiş tərzini təyin etmək və onların tələblərinin təmin olunmasının səviyyəsinin artırılması üzrə planın işlənməsində bir sıra suallardan istifadə etmək
  • Müştərinin stresli cavabından təsviri cavaba keçirilməsi üçün sadə metodlardan istifadə etmək
  • Beynəlxalq Kouç Federasiyasının etika kodeksində nəzərə alınmış profesional və hörmətçil hərəkətlərin obrazından istifadə etmək
  • Özünün və həmyaşıdlarının qiymətləndirilməsində Həll Yönlü əks əlaqənin prinsiplərinin istifadə etməsi

On-Site Delivery: Modul IV dörd gün davam edir və hər gün saat 10:00 – 18:00 aralığında həyata keçirilir.

  • Modul V bitirdikdən sonra Siz, Erikson Sertifikatlaşmış Profesional Kouç (ECPC) səviyyəsinə çatacaqsınız. Bu səviyyə Beynəlxalq Kouçlar Federasiyası (ICF) tərəfindən tanınır. Bu videoda siz Modul V sizin kouçinq bacarıqlarınızın keyfiyyətini necə artırdığını və sizi uğurla ICF sertifikasiyasına hazırladığını müşahidə edə bilərsiniz. Növbəti addım ICF-ə müraciət edib Assosiativ Kouç Sertifikatı (ACC) və ya Profesional Kouç Sertifikatı (PCC) əldə etmək qalır.
  • Bu Modula Profesional və ya Master Kouçla (ICF tərəfindən akkreditasiya olunmuş) 6 mentor kouç sessiyası; I-IV modullarda öyrənilmiş biliklərin möhkəmləndirilməsi üçün 28 saat Profesional və ya Master Kouçla  təlimlərin həyata keçirilməsi; Master Sertifikatlaşmış Kouçla şifahi müsahibə daxildir.

Modul V hər biri 3.25 saat davam edən 7 onlayn WebEx sessiyası, həmçinin altı birəbir mentor koçluğu sessiyası və şifahi müsahibədən ibarətdir.

* Kouçinq Sənəti və Elmi proqramının I – IV Modulları Beynəlxalq Kouçlar Federasiyası tərəfindən tanınan 128 saat təlim ehtiyacını qarşılayır. Modul V isə 28 saat əlavə kouçinq sertifikasiyası üçün tələb olunan təlim və mentorluq ehtiyacını tamamlayır.  Qeyd: Kouçinq Sənəti və Elmi proqramı Akkreditasiya olunmuş Kouç təlim proqramı saatları ehtiyacını ödəyir; Modul V isə Akkreditasiya olunmuş Kouç proqramı tələbini ödəmək üçün əhəmiyyətlidir.

Kouçinq barədə daha geniş məlumat əldə etmək üçün bizə zəng edin:  (+994 12) 555 5650, (+994 50) 268 4565

Proqram barədə daha geniş məlumat əldə etmək üçün aşağıdakı formanı bizə göndərməyiniz kifayətdir