Kouçinq Sənəti və Elmi

Profesional Kouç təhsili artıq Azərbaycanda!

Beynəlxalq Erickson Universiteti oktyabr ayının 1-dən etibarən BMG International şirkəti ilə tərəfdaş olaraq Azərbaycanda təmsil olunur. Profesional kouç təhsili almaq istəyən həmvətənlərimizə artıq xarici ölkələrə gedib əlavə səyahət xərcləri çəkməyə ehtiyyac qalmayacaq. Biz Beynəlxalq Erickson Kouç təhsilini Azərbaycana gətirdik.

Təlimlər türk və rus dillərində profesional kouçlar tərəfindən həyata keçirilir.

Kouçinq Sənəti və Elmi proqramı ICF tərəfindən Akkreditasiya olunmuş təlim proqramı olaraq dünyanın tanınmış təhsil ocağı tərəfindən təqdim edilir. İstər profesional biznes və ya həyat kouçu olmaq istəyən fərdi şəxslər, istərsədə öz işgüzar bacarıqlarını inkişaf etdirmək istəyən şirkət əməkdaşları Nəticə Fokuslu kouçinq biliklərindən faydalana bilərlər.

Kouçinq Sənəti və Elmi proqramını keçməklə siz Nəticə Yönümlü Kouçinq proqamında nəzəri və praktiki biliklər əldə etməklə əsaslı inkişaf fundamenti yaratmış olacaqsınız. Həmçinin, siz digər insanlara onların böyük arzularına çatmaları üçün gərəkli addımların onlar tərəfindən reallaşdırılmasında köməklik etmiş olacaqsınız. Bu dəyərli transformasiyaya xidmət edən əsas faktorları öyrənin və onları effektiv tətbiq etməklə müsbət dəyişiklik yaradın.